"Mançester Yunayted"in sabiq futbolçusu Andrey Kançelskis Maykl Kerrikin məşqçilik fəaliyyəti barədə fikirlərini bölüşüb.

Postxronika.az xəbər verir ki, veteran oyunçu mütəxəssisin işini yalnız tam mövsümə əsasən qiymətləndirməyin vacibliyini vurğulayıb. O bildirib ki, komandanı Çempionlar Liqasına çıxarmaq uğurlu nəticə olsa da, tələsik qərar vermək düzgün deyil. Kançelskisin sözlərinə görə, məşqçinin real potensialını görmək üçün ona tam bir hazırlıq dövrü şansı verilməlidir. Keçmiş yarımmüdafiəçi növbəti ilin həm rəhbərlik, həm də baş məşqçi üçün həlledici olacağını qeyd edib. Yekun qərarın rəhbərlikdən asılı olduğunu deyən rusiyalı futbolçu zamanın hər şeyi göstərəcəyini əlavə edib.