"Real"ın prezidenti Florentino Peres La Liqanı onlara qarşı qarayaxma kampaniyası aparan media qurumlarını maliyyələşdirməkdə günahlandırıb.
Postxronika.az xəbər verir ki, funksioner çempionat rəhbərliyinin "Relevo" rəqəmsal nəşrinə 25 milyon avro ödədiyini bildirib. Peresin sözlərinə görə, həmin portalın yeganə məqsədi Madrid təmsilçisinə və şəxsən ona hücum etməkdir. Bu səbəbdən o, atasının xatirəsinə rəğmən illərdir abunə olduğu və qeyd edilən nəşri yaradan şirkətə məxsus "ABC" qəzetindən imtina etdiyini açıqlayıb.