Milli Basketbol Assosiasiyasının (NBA) komissarı Adam Silver "Memfis Qrizlis" klubunun 29 yaşlı hücumçusu Brendon Klarkın vəfatı ilə bağlı başsağlığı yayıb.

Postxronika.az xəbər verir ki, turnirin rəsmi mətbuat xidməti təcrübəli basketbolçunun vaxtsız ölümü ilə əlaqədar sarsıldıqlarını bildirib. Silver kanadalı idmançını böyük ehtirasla mübarizə aparan əsl lider və sevimli komanda yoldaşı kimi xarakterizə edib. 2019-cu ildən Memfis təmsilçisində çıxış edən oyunçu karyerası ərzində Yay Liqasının ən dəyərli basketbolçusu seçilməyi bacarmışdı. "Oklahoma Siti Tander" tərəfindən draft edilən 206 santimetrlik hücumçu meydandakı performansı ilə azarkeşlərin rəğbətini qazanmışdı. Liqa rəhbərliyi mərhumun ailəsinə, dostlarına və bütün basketbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.