Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edib.

Postxronika.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir sərgidə nümayiş olunan müasir hərbi məhsullarla tanış olduqdan sonra robot texnikası ilə təkmilləşdirilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi prosesini izləyib. Həmçinin tədbir zamanı "Patron FPV" tipli pilotsuz uçuş aparatlarının tətbiqi ilə təkərli və tırtıllı texnikalara edilən hücum əməliyyatları nümayiş etdirilib. Səfər çərçivəsində Z.Həsənov Çexiya Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə də görüşüb. Danışıqlar zamanı iki ölkə arasında hərbi tərəfdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Görüş tərəflərin qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi ilə yekunlaşıb.