Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat keçirib.
Postxronika.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt və ətraf ərazilərdə təşkil edilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Baxış zamanı onlardan 42 kiloqram 690 qram narkotik xassəli marixuana və 460 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. İstintaqla müəyyən edilib ki, həmin şəxslər Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik fəaliyyəti ilə məşğul olublar. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.