Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri reallaşdırılıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər analoji cinayətə görə məhkumluq həyatı yaşamış 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Araşdırma zamanı həmin şəxsdən 4 kiloqram 300 qram çəkidə narkotik maddə olan marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara təqdim olunub. Məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri tətbiq edilib. Hazırda hadisənin digər təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.