Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar 13 may saat 23:00-dan 15 may saat 24:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 Postxronika.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.