Azərbaycan Karate Federasiyasının Fullkontakt/Şinkyokuşin üslubu üzrə milli yığma komandası Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edib.
Postxronika.az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir li, Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə təmsil olunub.
Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (-70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (-80 kq) və Solmaz Zeynallı (-59 kq) isə bürünc medala sahib olublar.
Gənclər arasında Zamin Fərəcov (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu olub. Elmir Cəbrayılov (-75 kq) gümüş medal, Nihat İmanov isə (-65 kq) gümüş medal qazanıb.