İngiltərənin "Lids Yunayted" klubu yay transfer pəncərəsində Lois Opendanı heyətinə qatmaq üçün hərəkətə keçib. "Ağlar" hazırda hücumçunu icarəyə götürmək məqsədilə aparılan danışıqlarda əsas namizəd hesab olunur.
Postxronika.az xəbər verir ki, İtaliya karyerası uğursuz alınan forvard müntəzəm oyun təcrübəsi qazanmaq üçün komandasını dəyişməyə hazırdır. Turin təmsilçisinin heyətində gözlənilən performansı sərgiləyə bilməyən Belçika millisinin üzvü İngiltərəyə köçməyə artıq razılıq verib. Britaniya təmsilçisi oyunçuya yüksək maaş təklif edərək onu məcburi satın alma bəndi ilə rənglərinə bağlamağı planlaşdırır.