Rusiya Prezidenti Vladimir Putin Moskva İstilik Texnologiyaları İnstitutunu ziyarət edərək strateji nüvə qüvvələrinin modernləşdirilməsinin davam etdiriləcəyini bildirib. Ölkə rəhbəri bu sahədə sovet dövründən qalan texnoloji təməllərin hələ də səmərəli istifadə olunduğunu vurğulayıb.
Postxronika.az xəbər verir ki, dövlət başçısı hər cür müdafiə sədlərini yarmağa qadir olan yeni raket sistemlərinin yaradılacağını diqqətə çatdırıb. Münaqişə zonasında qeyri-nüvə ballistik komplekslərinin yüksək effektivlik nümayiş etdirdiyi xüsusi qeyd olunub. Hərbi sənaye potensialının neft hasilatı kimi mülki sektorlarda tətbiqi də mühüm istiqamətlərdən biri kimi göstərilib. Sonda müəssisənin fəaliyyəti yüksək qiymətləndirilərək kollektiv xüsusi ordenlə təltif edilib.