"Tottenhem" yay transfer pəncərəsində "Borussiya Dortmund"un hücumçusu Seru Qirassini heyətinə qatmağı planlaşdırır. Məşhur insayder Nikolo Şiranın bildirdiyinə görə, London klubu Premyer Liqadakı yerini qoruyacağı təqdirdə qvineyalı forvard üçün rəsmi müraciət edəcək.
Postxronika.az xəbər verir ki, hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan "şporlar" hücum xəttini gücləndirməkdə qərarlıdır. Almaniya klubunun heyətində cari mövsüm 45 matçda 21 qol vuran 30 yaşlı oyunçunun bazar qiyməti 40 milyon avro dəyərindədir. Dortmund təmsilçisinin aparıcı siması olan təcrübəli bombardir karyerasını İngiltərədə davam etdirməyə müsbət yanaşır.