Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi yeddi nəfərin ölümü ilə nəticələnib.
Postxronika.az "Report" agentliyinə istinadən xəbər verir ki, Qardabani–Rustavi magistralında qeydə alınan qəzada xəsarət alan daha bir şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Faciə zamanı Birlik kəndindən olan iki qardaş — Şamil və Kamil Əliyevlər, həmçinin onların qohumları Sahir və Əlil Cəlilovlar dünyasını dəyişiblər. Məlumata görə, erkən yaşda valideynlərini itirmiş qardaşların cəmi 17 və 19 yaşları var idi. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır və meyitlərin məhkəmə-tibbi ekspertizası təyin olunub. Saqarejo rayonundan olan digər gənclərin də olduğu avtomobilin qəzaya uğraması ilə bağlı istintaq tədbirləri davam etdirilir.