Azərbaycan Tibb Universitetində (ATU) kamandan oxatma idman növünün inkişafı və bu sahədəki gələcək perspektivlər ətraflı müzakirə edilib.

Postxronika.az ATU-ya istinadən xəbər verir ki, ali təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov arasında işgüzar görüş keçirilib. Görüşdə tərəflər əvvəllər imzalanmış memorandum çərçivəsində reallaşan layihələrin uğurlu nəticələrini nəzərdən keçiriblər. Rektor G.Gəraybəyli tələbələrin bu idman növünə göstərdiyi böyük marağı xüsusi vurğulayaraq, inklüziv idman mühitinin yaradılmasına hər zaman dəstək verəcəklərini bildirib. Sonda tələbə idmanının kütləviliyini artırmaq məqsədilə birgə fəaliyyətin davam etdirilməsi qərara alınıb.