Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi üçün hazırlıq işləri çərçivəsində siyahıların uyğunlaşdırılması prosesi davam edir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu mərhələni işin ən mürəkkəb hissəsi adlandırsa da, prosesin olduqca sürətlə irəlilədiyini bildirib. Qeyd edək ki, mübadilə təşəbbüsü ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə gündəmə gəlib.
Daha əvvəl tərəflərin "1000-in 1000-ə" formatında genişmiqyaslı əsir dəyişdirilməsi barədə razılığa gəldiyi bildirilmişdi. Ukrayna tərəfi artıq müvafiq siyahıları ABŞ vasitəsilə təqdim etdiyini bəyan edib. Hazırda hər iki ölkənin aidiyyəti qurumları texniki detallar üzərində intensiv şəkildə çalışır. Yekun razılaşma əldə olunan kimi humanitar xarakterli mübadilə prosesinə start veriləcək.