Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Postxronika.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün qadın güləşi üzrə 40, 46, 53, 61 və 69 kq-da yarışa start verilib.

Gülxanım Şirinova (40 kq) debütdə rusiyalı Zlata Koreşovaya uduzub – 3:12.

Nuray Cəfərli (46 kq) makedoniyalı Frosina Atanasova (tuş) və macarıstanlı Vivyen Sentpalı (7:3) mübarizədən kənarlaşdırsa da, yarımfinalda polşalı Yuliya Palka 0:3 hesabıyla məğlub olub. Nuray sabah bürünc medal uğrunda güləşəcək.

Fatimə Bayramova (53 kq) türkiyəli Ecrin Salik (tuş) və ukraynalı Kamilla Pihordan (6:3) güclü olub. Ancaq yarımfinalda macarıstanlı Mariya Jitovozla bacarmayıb – 0:10. Fatimə sabah üçüncülük uğrunda görüşə çıxacaq.

Fidan Babayeva (61 kq) 1/8 finalda isveçrəli İnez Airaksinenə “tuş”la uduzub.

Simurə Abdullayeva (69 kq) bolqarıstanlı Nataliya Tasevaya “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.