Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Postxronika.az"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı paytaxtın bir neçə rayonunda, həmçinin Gəncədə və Zərdabın Qoşaoba kəndində ağacların məhv edilməsi nəticəsində təbiətə ümumilikdə 123 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə hesablanmış ziyanın həcmi cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda ekoloji qayda pozuntularına yol açan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində müvafiq işlər aparılır.