Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinin həlli istiqamətində tədbirlər davam etdirilir.

"Postxronika.az" rəsmi məlumata istinadən xəbər verir ki, tərtib edilmiş qəbul cədvəlinə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov mayın 15-də Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naftalan, Goranboy, Xocalı və digər ətraf rayonlardan olan sakinləri qəbul edib.

Görüşdən Əvvəl Ümummilli Liderin Xatirəsi Yad Edilib

Qəbuldan öncə ADSEA sədri Zaur Mikayılov və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Arzu Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.