Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı yekunlaşıb.
“Postxronika.az” Milli Voleybol Federasiyasına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yerli yığma ilə birgə məşqlər edən komandamız keçirdiyi hər iki yoxlama oyununda qələbə qazanıb (3:0, 3:1). Hazırlıqların növbəti mərhələsi üçün bu gün Macarıstandan Sloveniyaya yola düşən voleybolçularımız mayın 29-dək Maribor şəhərində toplanışda olacaq və burada da yoxlama oyunlarında qüvvəsini sınayacaq. Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk matçlarını iyunun 5-7-də Bakıda İsveç və Estoniya seçmələrinə qarşı keçirəcək.