İtaliyanın şimalındakı Modena şəhərinin mərkəzində minik avtomobilinin piyadaların üzərinə sürülməsi nəticəsində azı on nəfər xəsarət alıb. 

Postxronika.az TASS-a istinadən xəbər verir ki, "Citroën C3" markalı nəqliyyat vasitəsini 31 yaşlı şəxs idarə edib. Hadisəni törədən sürücü qaçmağa cəhd göstərib və bu zaman onun yolunu kəsmək istəyən bir nəfəri bıçaqlayıb.

Yerli mətbuatın yaydığı məlumata görə, xəsarət alanların dəqiq sayı hazırda müəyyənləşdirilir. Yaralılardan birinin qəza nəticəsində hər iki ayağını itirdiyi bildirilir. Hüquq-mühafizə orqanları cinayətkarı saxlayıb, hadisənin terror aktı və ya qəsdən törədilmiş digər səbəblərdən olması istiqamətində təhqiqat aparılır.