Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüş keçirib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının Mətbuat Xidməti yayıb. Ali səviyyəli qəbulda ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Rəsmi danışıqlar zamanı xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-loqistika imkanlarının genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşu kimi mühüm məsələlər diqqət mərkəzində olub. Hər iki lider ölkələr arasında formalaşan sıx dialoqun və beynəlxalq platformalardakı qarşılıqlı dəstəyin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.