Fransa məhkəməsi "X" sosial şəbəkəsi ilə bağlı aparılan təhqiqat çərçivəsində şirkət sahibi İlon Maskın barəsində həbs qərarı çıxara bilər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Paris prokuroru Lor Beko amerikalı milyarderin məhkəmə çağırışlarına məhəl qoymayacağı təqdirdə bu addımın qanunauyğun olacağını bildirib. Hazırda üç müstəntiq hakim tərəfindən platformaya qarşı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, "X" şəbəkəsinə qarşı təhqiqat alqoritmlərin işi və "Grok" çat-botunun qeyri-qanuni məzmunlar yayması ilə bağlı şikayətlər əsasında başlayıb. İlon Mask aprelin 20-nə təyin olunmuş dindirilməyə gəlmədiyi üçün mayın 7-də ona qarşı ilkin araşdırma başladılıb. Fransa tərəfi bu iş üzrə ABŞ Ədliyyə Nazirliyi ilə əməkdaşlığı davam etdirir.