Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təntənəli açılış mərasimi keçirilib.
Postxronika.az xəbər verir ki, mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər. Dövlət başçısı və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ali qonaqları, həmçinin nümayəndə heyətlərinin rəhbərlərini qarşıladıqdan sonra birgə foto çəkdirilib. Daha bədii hissədə qurum tərəfindən hazırlanan xüsusi videoçarx nümayiş etdirilib və zəngin mədəni proqram təqdim olunub. Beynəlxalq platformada çıxış edən ölkə rəhbəri qlobal urbanizasiya prosesləri və gələcək hədəflərlə bağlı mühüm fikirlərini diqqətə çatdırıb.