Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxış edən Prezident İlham Əliyev ölkəmizin şəhərsalma təcrübəsi və unikal memarlıq üslubuna diqqət çəkib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı Bakıda keçirdikləri günlər ərzində bir çox qonaqların, xüsusən də ölkəmizə ilk dəfə səfər edənlərin Azərbaycanı daha yaxşı tanımaq və burada şəhərsalma sahəsində görülən işlərlə yaxından tanış olmaq imkanı qazanacaqlarını bildirib.
Azərbaycanın coğrafi və mədəni baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini vurğulayan Prezident İlham Əliyev, bu strateji mövqeyin ölkəmizin memarlıq irsində də öz bariz təzahürünü tapdığını xüsusi qeyd edib.