Bakıda keçirilən qlobal şəhərsalma tədbiri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası məsələləri müzakirə olunub.

Postxronika.az xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi Hikmət Hacıyev panel iclasındakı çıxışında azad edilmiş ərazilərə böyük qayıdışın gedişatına toxunub. Administrasiya rəsmisi hazırda 85 mindən çox soydaşımızın doğma yurdlarında məskunlaşaraq yeni həyata başladıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, rəsmi Bakı postmünaqişə dövründə qazanılan unikal bərpa təcrübəsini və qarşılaşılan çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Həmçinin dünyada şəhərlərin dağılması ilə nəticələnən yeni münaqişələrin alovlandığı bir vaxtda, Azərbaycanın bəşəri fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün mühüm platformaya çevrildiyi vurğulanıb. Sonda natiq qeyd edib ki, məhz bu amillər ölkəmizi Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən ideal məkanlardan birinə çevirir.