Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Serbiyaya səfər edə bilər.
Postxronika.az Report-a istinadən xəbər verir ki, əgər bu məlumat təsdiqlənərsə, V.Zelenskinin 2019-cu ildə vəzifəyə başlamasından bəri Serbiyaya ilk səfəri olacaq.Mənbə həmçinin qeyd edib ki, yaxın vaxtlarda Ukrayna ilə Serbiya arasında ticarət əməkdaşlığı məsələləri üzrə birgə anlaşma memorandumu imzalana bilər.