Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Postxronika.az Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadən xəbər verir ki, qəbul zamanı tərəflər ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində birgə icra edilən layihələr ətrafında fikir mübadiləsi aparıblar. Söhbət əsnasında mövcud əməkdaşlıq sahələri ilə yanaşı, gələcək perspektivlər və tərəfdaşlıq imkanları da diqqət mərkəzində olub. Görüşdə həmçinin Azərbaycanın bu il iyunun 5-də ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününə hazırlıq məsələlərinə toxunulub. Nazirlik və şirkət rəsmiləri sözügedən beynəlxalq tədbirin təşkili istiqamətində görüləcək işləri geniş şəkildə müzakirə ediblər.