Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və “Bakı Metropoliteni” QSC-nin əməkdaşlığı çərçivəsində paytaxt metrosunda “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyaya start verilib.
Postxronika.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, metronun mərkəzi stansiyalarında nümayiş olunan posterlərdə körpə və dişi quzuların 3–5 aylıq dövrdə kəsilməsinin heyvandarlığa vurduğu ziyanlar ictimaiyyətin diqqətinə çatdırılır. Sosial layihənin əsas hədəfi daxili bazarda məhsuldarlığın artırılması, sahənin davamlılığının qorunması və quzuların vaxtından əvvəl tələf edilməsinin qarşısını almaqdır. Təqdirəlayiqdir ki, bu təşəbbüsə indiyədək millət vəkilləri, ictimai xadimlər və tanınmış blogerlər də qoşularaq fəal dəstək nümayiş etdiriblər.