Abşeron rayonunun Mehdiabad qəsəbəsində idmançıların istifadəsi üçün yeni cüdo zalı fəaliyyətə başlayıb.
Postxronika.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, idman obyektinin rəsmi açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, eləcə də gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli iştirak ediblər. Federasiya tərəfindən müasir tatamilərlə təchiz edilən zalda gənclərin hazırlığı üçün hər cür köməkçi sahələr yaradılıb və burada eyni vaxtda 150-dən çox idmançının məşq etməsinə imkan yaradılıb. Qeyd edək ki, yeniyetmə və gənclərin idmana cəlb olunması məqsədilə son dörd il ərzində ölkənin müxtəlif şəhər və rayonlarında onlarla analoji idman ocağı qurularaq yenidən qurulub. Həmçinin kütləviliyin təmin edilməsi proqramı çərçivəsində indiyədək Bakı və regionlardakı iki yüzdən çox idman zalına ümumilikdə 14 min 300 tatami paylanılıb.