Rusiya Prezidenti Vladimir Putin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşündə iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni və irimiqyaslı hədəflərin müəyyən edildiyini bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı Moskva və Pekin arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Rusiya liderinin sözlərinə görə, ötənilki bəzi düzəlişlərə baxmayaraq, 2026-cı ildə ikitərəfli ticarət dövriyyəsi 10%-dən çox artım nümayiş etdirir.
Görüşdə tərəfdaşlığın xarici təsirlərdən etibarlı şəkildə qorunması və qarşılıqlı hesablaşmalarda milli valyutalardan demək olar ki, 100% istifadə edilməsi prioritet vəzifə kimi qeyd olunub. Eyni zamanda, energetika, sənaye, kosmos və nəqliyyat sahələrində birgə layihələrin icrası, həmçinin təhsil illərinin elan olunması ilə yüksək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Putin bu əlaqələrin hər iki dövlətin elmi və texnoloji suverenliyini təmin edəcəyinə əminliyini ifadə edib.