Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri və imzalanan sazişlər iki ölkənin birgə təşəbbüslərinin icrasına güclü təkan verəcək.

Postxronika.az xəbər verir ki, bu barədə Rusiyanın Birinci Baş nazir müavini Denis Manturov məlumat verib. Onun sözlərinə görə, dövlət başçılarının apardığı hərtərəfli və dərin dialoq müştərək layihələrin sürətlənməsində mühüm rol oynayacaq. Hökumətlərarası İnvestisiya Əməkdaşlığı Komissiyasının gündəliyinə metallurgiya, kimya sənayesi, kənd təsərrüfatı və logistika kimi sahələri əhatə edən 200 milyard dollardan çox dəyərə malik 89 layihə daxildir. Bundan əlavə, tərəfdaş ölkələr nüvə enerjisi və kosmosun tədqiqi istiqamətində də uğurlu işbirliyini davam etdirirlər.