Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini Əminə Məhəmməd mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Postxronika.az xəbər verir ki, ali qonağın ölkəmizə gəlişində əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda BMT rəsmisinin qarşılanması üçün rəsmi mərasim təşkil olunub. Paytaxtın hava limanında xanım Əminə Məhəmmədi Azərbaycanın rəsmi şəxsləri və diplomatlar qarşılayıblar. Səfər çərçivəsində qlobal şəhərsalma layihələri və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulub.