Macarıstan Ukrayna ilə münasibətləri bərpa etmək üçün mühüm şərt irəli sürüb.
Postxronika.az xəbər verir ki, rəsmi Budapeşt Kiyevlə əlaqələrdə yeni səhifə açmaq üçün Zakarpatye vilayətində yaşayan macar azlığının hüquqlarının təmin olunmasını tələb edir. Baş nazir Peter Magyar Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində bu məsələnin Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarına başlaması üçün əsas şərt olduğunu vurğulayıb. Hökumət rəhbərinin sözlərinə görə, hazırda tərəflər arasında problemin həlli istiqamətində texniki səviyyədə məsləhətləşmələr aparılır.
Qeyd edək ki, Kiyevin 2015-ci ildən etibarən qəbul etdiyi dil və təhsil qanunları səbəbindən etnik macarların öz ana dillərindən istifadə imkanları xeyli məhdudlaşdırılmışdı. İndi isə Budapeşt qonşu ölkədən bu hüquqların tam bərpasını və genişləndirilməsini gözləyir.