Rusiya Baş nazirinin müavini Aleksey Overçuk rəsmi İrəvanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimini mümkün qədər tez fəallaşdırmalı olduğunu bəyan edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, baş nazirin müavini bu qərarın nə qədər tez qəbul ediləcəyinin bütün tərəflər üçün daha faydalı olacağını vurğulayıb. O qeyd edib ki, Ermənistanı ittifaqdan heç kim çıxarmır, lakin ölkənin Aİ-yə üzv olmaq istəyi bu seçimi qaçılmaz edir.
Overçukun sözlərinə görə, Ermənistanın Aİİ-də iştirakı digər üzv dövlətlərin daxili bazarlarının erməni malları üçün açılması və enerji resurslarının güzəştli qiymətlərlə təmin edilməsi deməkdir. İrəvan ittifaqdan çıxmaq qərarı verərsə, bu imtiyazlara sivil qaydada yenidən baxılmalıdır. Xatırladaq ki, Ermənistan parlamenti hələ 2025-ci ilin martında Avropa İttifaqına daxil olma prosesinə başlamaq haqqında qanun qəbul edib və Rusiya tərəfi bu addımı ölkənin Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.