ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların İranın zənginləşdirilmiş uranının utilizasiya edilməsi tələbini davam etdirdiyini təsdiqləb. 
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rubio bu barədə İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, hazırda zənginləşdirilmiş uranın taleyi və gələcəkdə uranın zənginləşdirilməsi məsələləri mütləq həllini tapmalıdır.
Bununla yanaşı, Dövlət katibi Vaşinqtonun qiymətləndirməsinə görə Tehranla diplomatik prosesdə irəliləyişin olduğunu xatırladıb: "Müəyyən tərəqqi var. Mən bunu nə şişirdərdim, nə də kiçildərdim. Bu, yaxşı əlamətdir, lakin hələ görüləsi işlər çoxdur". Xatırladaq ki, fevralın 28-də başlayan hərbi gərginlikdən sonra tərəflər arasında atəşkəs elan olunsa da, uzunmüddətli nizamlanma və uran ehtiyatları ilə bağlı ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.