Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində qonaqların və iştirakçıların rahat, fasiləsiz və təhlükəsiz hərəkəti uğurla təmin edilib.
Postxronika.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan daşımalara ümumilikdə 180 ədəd "Neoplan" markalı və ekoloji təmiz elektrikli avtobus cəlb edilib. Mayın 12-dən 22-nədək davam edən tədbir müddətində hava limanı, nəqliyyat qovşaqları və forumun keçirildiyi məkan arasında 10 220 reys icra olunub. Bu genişmiqyaslı əməliyyat sayəsində 179 minə yaxın sərnişinin daşınması reallaşdırılıb. Qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib. Prosesin nöqsansız idarə olunması üçün AYNA-nın Monitorinq Mərkəzi 24/7 rejimində çalışıb və prosesə sürücülər də daxil olmaqla 1500-ə yaxın əməkdaş cəlb edilib.