Finlandiya Prezidenti Aleksander Stubb Avropanın artıq bu il Rusiya ilə müəyyən formada dialoqa başlayacağını təsəvvür etdiyini bildirib. 

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Finlandiya lideri bu barədə "Yle" teleradioşirkətinin dinləyicilərinin suallarını cavablandırarkən danışıb. Bununla belə, Stubb dialoqun dəqiq nə vaxt başlayacağını indidən söyləməyin qeyri-mümkün olduğunu qeyd edib.

Prezident vasitəçi rolunda çıxış etməyə hazır olub-maması ilə bağlı suala isə "əgər xahiş olunsa, yəqin ki, yox demək çətin olar" cavabını verib. Qərb mediası Stubbu Moskva ilə danışıqlarda Avropa tərəfindən mümkün vasitəçilərdən biri kimi görsə də, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova onun namizədliyini şərh edərək, Finlandiya rəhbərinin Rusiyaya qarşı nifrət nitqindən istifadə edən Qərb elitasının ön sıralarında dayandığını vurğulamışdı.