Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində bölgənin qədim dini-mədəni ocaqlarından olan Cümə məscidində olub.
Postxronika.az xəbər verir ki, o, tarixi abidənin memarlıq xüsusiyyətləri və keçmişi ilə yaxından tanış olub. Şəhər mərkəzində yerləşən və 1846-cı ildə yerli xeyriyyəçilərin dəstəyi ilə ucaldılan bu ibadətgah müstəqillik dövründə bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət tərəfindən əsaslı təmir olunan məscid binası 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Ziyarətin sonunda Leyla Əliyevaya müqəddəs "Qurani-Kərim" kitabı töhfə verilib.