Paytaxt təmsilçisinin rəhbərliyi komandanın növbəti mövsüm üçün planları və struktur dəyişiklikləri barədə açıqlama verib.
Postxronika.az xəbər verir ki, "Səbail"in icraçı direktoru Firuz Abdulla hazırda bir neçə şirkətlə sponsorluq müqaviləsi imzalamaq üçün danışıqlar apardıqlarını qeyd edib. Klub rəsmisi gərgin bir çempionatı geridə qoyduqlarını və maliyyə məsələləri müsbət həll olunduqdan sonra heyətlə bağlı yekun qərarların veriləcəyini vurğulayıb. Xatırladaq ki, cari mövsümü uğursuz bitirən "dənizçilər" pley-off mərhələsindən kənarda qalıblar. I Liqanın sonuncu turunda səfərdə "Mingəçevir"ə böyük hesabla uduzan Bakı təmsilçisi çempionatı 50 xalla üçüncü pillədə tamamlayıb.