Ölkəmizdə aqrar sektorun yenidən canlandırılması və bu sahədə səmərəliliyin artırılması istiqamətində mühüm addımların atılması planlaşdırılır.
Postxronika.az xəbər verir ki, Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu barədə geniş məlumat verib. Dövlət başçısı əvvəlki dövrlərdə icra olunan layihələrin sahənin tərəqqisinə böyük təkan verdiyini xatırladıb.
Buna baxmayaraq, ali rəhbər son illərdə aqrar sahədə müşahidə olunan geriləmə və durğunluğun ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. Mövcud problemlərin aradan qaldırılması məqsədilə xüsusi Dövlət Proqramının layihəsinin hazırlandığı və yaxın zamanlarda qəbul ediləcəyi vurğulanıb. Bu strateji sənədin respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edəcəyi bildirilib.