“AzerGold” QSC tamamilə yerli xammala əsaslanan, 999,9 əyarlı gümüş külçələrin istehsalına start verib.
Postxronika.az xəbər verir ki, ilkin mərhələdə qiymətli metallar bazarına 250, 500 və 1000 qramlıq çəkilərdə məhsullar təqdim ediləcək. Şirkətin rəsmisi Ariz Tarverdiyev bildirib ki, növbəti dövrlərdə investorların və istehlakçıların marağı nəzərə alınaraq fərqli ölçülərdə də istehsal planlaşdırılır.
Son illərdə yaşıl enerji texnologiyaları və elektronika sənayesində bu xammala tələbatın artması onun qlobal maliyyə dəyərini xeyli yüksəldib. Yeni milli brendin yerli qiymətli metallar sektorunun tərəqqisinə təkan verəcəyi və əhali üçün etibarlı qənaət alətinə çevriləcəyi gözlənilir. Bu addım ölkə daxilində alternativ investisiya imkanlarını genişləndirməklə bərabər, iqtisadiyyatın şaxələndirilməsinə də xidmət edir.