Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında idman yarışı təşkil olunub.
Postxronika.azMüdafiə Nazirliyinə istinadən xəbər verir ki, fərdi və komanda xarakterli birincilikdə idmançılar 11 yığma heyətdə güclərini sınayıblar. İştirakçılar kross qaçışı, maneələr zolağının qət edilməsi, avtomatdan atəş açılması, qumbaraatma və üzgüçülük üzrə dözümlülüklərini nümayiş etdiriblər. Gərgin keçən mübarizənin yekununda Xüsusi Təyinatlı Qüvvələr qızıl, Hərbi Hava Qüvvələri gümüş, Hərbi Dəniz Qüvvələri isə bürünc medala sahib olublar. Sonda mükafatçılara diplom və kuboklar təqdim edilib.