1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən genişmiqyaslı sosial təşəbbüsə start verilib.

Postxronika.az xəbər verir ki, "Hədiyyə karvanı" adlanan bu layihə ölkənin aparıcı şirkət və holdinqlərinin sponsorluğu, eləcə də dəstəyi ilə gerçəkləşdirilir. Heyətlər tərəfindən respublikanın bütün bölgələrini əhatə etməklə, 14 yaşadək olan 1600-dən çox şəhid övladına bayram sovqatları paylanılır. Bağlamaların regionlara çatdırılması prosesində ölkənin tanınmış logistika və nəqliyyat şirkətləri yaxından iştirak edirlər. Hazırda sovqatların ailələrə paylanılması prosesi uğurla davam etdirilir. Sonda fond rəhbərliyi aksiyanın icrasına köməklik göstərən bütün tərəfdaş qurumlara və yerli icra hakimiyyəti orqanlarına minnətdarlığını bildirib.