Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Postxronika.az xəbər verir ki, dövlət başçısına icra edilən layihələr barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib. 2023-cü ildəki antiterror əməliyyatı ilə azad olunan bu yaşayış məntəqəsində genişmiqyaslı kommunal, qaz, işıq və rabitə şəbəkələri qurulub, sakinlərin istirahəti üçün park salınıb. İlkin bərpa mərhələsində kənddəki fərdi evlərdən 17-si tamamilə yenidən qurulub, növbəti dövrdə isə daha 20 mənzilin təmiri planlaşdırılıb. Artıq doğma yurduna geri dönən 14 ailəlik (64 nəfər) ilk köç karvanı kənddə məskunlaşıb. Səfər çərçivəsində ölkə rəhbəri Böyük Qaladərəsinə qayıdan yerli sakinlərlə səmimi görüş keçirib.