Salyan rayonunda narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Yoxlama zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu tapılaraq müsadirə olunub. Aşkar edilən faktla bağlı cinayət işi açılıb və araşdırmalara başlanılıb. Məhkəmənin müvafiq qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.