Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukrayna ordusuna məxsus uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) saxlanc yerlərinə və buraxılış meydançalarına zərbələr endirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, əməliyyat-taktiki aviasiya, zərbə PUA-ları, raket qoşunları və artilleriya bölmələrinin birgə fəaliyyəti nəticəsində Ukrayna ordusunun maraqları üçün istifadə olunan energetika və nəqliyyat infrastrukturu obyektləri də hədəfə alınıb. Bundan başqa, ümumilikdə 147 rayonda Ukrayna hərbi birləşmələrinin və xarici muzdluların müvəqqəti dislokasiya məntəqələrinə zərbələr endirildiyi qeyd olunub.