Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi baş tutub.
Postxronika.az xəbər verir ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.
Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevə sadiq, cəsur, nizam-intizamlı olmağı, vətən sərhədlərini göz bəbəyi kimi qorumağı və qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulayıblar.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb. Mərasimdə Vətənə, dövlətə sədaqət andı içən gənc əsgərlərin bu müqəddəs borca daim sadiq qalacaqlarına əminlik ifadə olunub.
Tədbir çərçivəsində valideynlərlə görüş keçirilib və onları maraqlandıran suallar cavablandırılıb. Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.