DÇ-2026-nın F qrupunun açılış matçında Hollandiya və Yaponiya milliləri üz-üzə gəlib. 

Postxronika.az matçın icmalını təqdim edir:


İlk hissə qolsuz başa çatıb, hər iki komanda fasiləyə 0:0 hesabı ilə gedib. Qarşılaşmada ilk qolu 51-ci dəqiqədə Van Deyk vurub. Yaponiyanın isə cavabı gecikməyib. 57-ci dəqiqədə Nakamura hesabı bərabərləşdirib. Summerville daha sonra 64-cü dəqiqədə hollandları yenidən önə keçirib. 89-cu dəqiqədə Kamada hesabı bərabərləşdirib. Başqa qol vurulmayıb və görüş 2:2 hesabı ilə başa çatıb. 


Hər iki komanda dünya çempionatına bir xalla başlayıb. Hollandiya F qrupunda növbəti oyununu iyunun 20-də İsveçlə, Yaponiya isə iyunun 21-də Tunislə keçirəcək.