Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhərinin inzibati rayonları üzrə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılır.

Postxronika.az AAYDA-ya istinadən xəbər verir ki, ilkin mərhələdə paytaxtın 6 inzibati rayonunda — Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır.