Bakının Nəsimi rayonu ərazisində nəqliyyat vasitəsindən oğurluq hadisəsi baş verib. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobilindən naməlum şəraitdə ümumi dəyəri 2500 manat olan 2 ədəd mobil telefonun qanunsuz olaraq götürüldüyünü bildirib.

Postxronika.az xəbər verir ki, daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı başlanmış araşdırmalar davam etdirilir.