Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı general Seyid Asim Munirə başsağlığı teleqramı ünvanlayıb.


Postxronika.az xəbər verir ki, nazir Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsindən dərindən kədərləndiyini bildirib.

Müdafiə naziri baş vermiş aviaqəzada həlak olan hərbçilərə Allahdan rəhmət diləyib, onların yaxınlarının acısını paylaşdığını qeyd edərək, ailələrinə dərin hüznlə təsəlli verib.